AFN.AZ / WhatsApp üzərindən pulköçürmə mümkün olacaq

WhatsApp üzərindən pulköçürmə mümkün olacaq

WhatsApp üzərindən pulköçürmə mümkün olacaq


WhatsApp tezliklə istifadəçilərinə pul göndərmək və pul qəbul etmək imkanı verəcək.

Redaktor.az phonandroid.com-a istinadən xəbər verir ki, bu barədə “Business Today” yazıb.

Xəbərdə deyilir ki, adıçəkilən sosial şəbəkə bu xidməti ilk olaraq Hindistanda test edəcək.

“WhatsApp”ın “Facebook”dakı bölməsinin məsul şəxsi Vil Kaçkar bildirib ki, bu sosial şəbəkələr üçün ilk addımdır:

Üstəgəl, məlum xidmət pulun göndərilməsi və qəbulu sahəsində dünyada ilk ən asan xidmət olacaq. Bu, maliyyə daxil olmasını sürətləndirəcək və sürətli inkişaf edən rəqəmsal iqtisadiyyatda Hindistan vətəndaşlarına dəyər gətirəcəkdir. Xidmət 2019-cu ilin sonundan tətbiq olunacaq. Hətta bu xidmət vasitəsilə beynəlxalq pul göndərmələri və ya qəbulu mümkün olunacaq.

Öncə 1 miyard və ya 500 milyon istifadəçiyə xidmət göstəriləcək. Daha sonra isə onun arealı genişləndiriləcək. Hazırda bu xidmətin detalları ilə bağlı məlumat verə bilmərik”.
27-07-2019, 16:03
Geri qayıt