Rusiyalı müğənni Janna Friske öldü


Tanınmış rusiyalı müğənni Janna Friske 41 yaşında vəfat edib.

Bu barədə “TASS”a müğənninin atası Vladimir Friske bildirib.

“Janna vəfat etdi, bu, həqiqətdir. Bu, iyunun 15-də axşam saat 10-da baş verdi” - atası deyib.

Vida mərasiminin harada və nə zaman keçiriləcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, müğənni 2013-cü ildən beyin xərcəngi ilə mübarizə aparırdı. Bundan əvvəl Janna Friske əri Dmitri Şepelyovla onkoloji xəstələrə yardım fondu yaratmaq niyyətində olduqları barədə məlumat yayılmışdı.

Janna Friske 1996-cı ildən “Blestyaşiye” qrupunda çıxış etməyə başladıqdan sonra məşhurlaşıb. 2003-cü ildən o, uğurlu solo karyerasına başlayıb. Həmçinin bir neçə filmdə çəkilmiş müğənninin 2013-cü ildə Platon adında oğlu dünyaya gəlib (APA).



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu