Boksçumuz erməni ilə qarşılaşacaq


Milli komandamızın üzvü Elvin Məmişzadənin (52 kq) Avropa Oyunlarının 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.

Azərbaycan Boks Federasiyasının saytında verilən məlumata görə, həmyerlimiz iyunun 20-də İrlandiya boksçusu Myles Kaseylə qarşılaşacaq.
Kasey 1/16 final mərhələsində Belarus təmsilçisi İvan Fiqurenkanı məğlub edib - 3:0. Məmişzadə 21 yaşlı rəqibini yaxşı tanıyır. Belə ki, İrlandiya komandası Bakıda boksçularımızla birgə təlim məşq toplanışı keçib.
Birinci Avropa Oyunlarında Albert Səlimovun da rəqibi məlum olub. 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/8 final mərhələsində Gürcüstanı təmsil edən milliyyətcə erməni Otar Eranosyanla qarşılaşacaq. Gürcüstan idmançısı 1/16 final mərhələsində latviyalı Artyom Ramlavsı məğlub edib - 3:0.
Qeyd edək ki, Səlimov WSB liqasından 2016-cı ildə keçiriləcək Rio de Janeyro Olimpiadasına vəsiqə qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu