Güləşçimiz ermənini böyük hesabla uddu


Bu gün güləşçilərimiz ilk qələbələrini qazanıblar

Güləşçilərimizdən döşək üstünə ilk olaraq Azərbaycanı 125 kq çəki dərəcəsində təmsil edən Cəmaləddin Məhəmmədov çıxdı. 1/16 finalda Litva güləşçisi Jonas Rudaviciusla qarşılaşan pəhləvanımız rəqibini vaxtından əvvəl 10:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə əldə edib.

Cəmaləddin Məhəmmədovun 1/8 finaldakı rəqibi Türkiyənin adlı-sanlı güləşçisi Taha Akgül olacaq.

Heydər Əliyev adına İdman Sarayında keçirilən sərbəst güləş yarışlarında döşək üstə çıxan növbəti idmançımız Hacı Əliyev olub.

Təmsilçimiz 1/8 finalda Ermənistan idmançısı, 23 yaşadək güləşçilər arasında Avropa çempionu Valodya Franqulyan ilə üz-üzə gəlib.

Dünya və Avropa çempionu olan Hacı Əliyev gərgin mübarizə şəraitində keçən görüşdə düşmən ölkə təmsilçisinə bir xal belə vermədən onu 7:0 hesabı ilə məğlub edib və yarışların 1/4 final mərhələsinə vəsiqə qazanıb. Onun növbəti mərhələdə rəqibi Slovakiya təmsilçisi Mikola Bolotnyu olacaq.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

Qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Sərbəst güləşçilərimiz ilk yarış günündə 2 qızıl və 1 bürünc medal əldə edib. Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) bürünc medala layiq görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu