İki taekvandoçumuz yarımfinala çıxdı


Bakı-2015 I Avropa Oyunlarında taekvondo yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, kişilər arasında 80 kq çəki dərəcəsində Azərbaycan təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib və qələbə qazanıb – 12:0. Milad 1/4 finalda Böyük britaniyalı Muhammed Lutalonu məğlub edib - 17:5.

Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra qüvvəsini sınayacaq.


Qadınlar arasında 67 kq çıkidə gənclər arasında dünya çempionumuz Fəridə Əzizova ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirib. İlkin mərhələyə təsadüf edən qarşılaşma həmyerlimizin qələbəsi ilə yekunlaşıb - 2:0. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarı isə 6:2 hesabı ilə məğlub edib.

O, finala gedən yolda isveçli Elin Yohanssonla üz-üzə gələcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu