Rusiya Almaniyadan təzminat istədi


Bu gün Rusiya Dövlət Dümasında deputatlar 1941-ci ildə almanların SSR-ə hücumu zamanı ölkəyə dəyən zərərin təzminatını Almaniyadan tələb edilməsini təklif edib.

Cursorinfo.co.il xəbər potalı bildirir ki, dəyən zərərin hesablanması üçün Dümada xüsusi komissiya yaradılır. Rusiyalı deputat Mixail Deqtyrev bildirib ki, faktiki olaraq, bu günədək Almaniya Rusiyaya dəyən zərər üçün heç nə verməyib. Rus deputat onu da qeyd edib ki, Almaniya hətta müharibədə iştirak etməyən dövlətlərə belə vurduğu zərərə görə təzminat ödəyib. Onun sözlərinə görə, İsrail bu yolla Almaniyadan 6 milyon Holokost qurbanına görə 60 milyard Avrodan çox pul alıb. Rusiya isə bu müharibədə 27 milyon vətəndaşını itirib. Mixail Deqtyrev Almaniyanın bu saya görə Rusiya tərəfinə 3-4 trilyon Avro ödəməli olduğunu bildirib.
Qeyd edək ki, oxşar addımı 2013-cü ildə Yunanıstan da atıb. Onlar Almaniyadan 160 milyard Avro təzminat istəsə də, Almaniya bunu rədd edib. Almaniya rəhbərliyi bildirib ki, 1960-cı ildə tərəflər arasındakı razılığa əsasən Almaniya Yunanstana 115 milyon Alman markası (55,4 milyon Avro) ödəyib. Və deməli, Almaniyanın Yunanıstana borcu yoxdur. Lakin yanvar ayının sonunda Yunanıstanın yeni baş naziri Qresis Aleksis yenidən bu məsələ ilə bağlı iddia qaldıracaqlarını səsləndirib.
NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu