İlk Avropa Oyunlarının son günü


Bu gün Bakıda ilk Avropa Oyunları çərçivəsində yarışların son günü start götürüb.

Bu gün badminton, çimərlik futbolu, BMX, cüdo və voleybol yarışları keçiriləcək.

Bu gün 9 dəst medal oynanılacaq: üç - badminton, bir - çimərlik futbolu, iki - BMX, iki - cüdo və bir medal isə voleybol yarışları üzrə.

Azərbaycan idmançıları son gün keçirilən yarışlarda iştirak etməyəcəklər.

Bakıda ilk Avropa Oyunlarına iyunun 12-də start verilib və iyunun 28-də - bu gün yarışlar başa çatır.

Bununla bağlı axşam saatlarında Milli Olimpiya Stadionunda ilk Avropa Oyunlarının təntənəli bağlanış mərasimi keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu