Brilliant türkü bəyənmədi


Xalq artisti Brilliant Dadaşova Türkiyədə albom hazırlayır.

Afn.az xəbər verir ki, müğənni əməkdar artist Əlixan Səmədovla birlikdə çalışdığını deyib: “Bu albom üç il əvvəl çıxmalı idi. Sadəcə bəzi səbəblərdən uzandı. Burada Ələkbər Tağıyevin, Rauf Hacıyevin, Fikrət Əmirovun mahnıları ifa olunub. Məni Əlixan müşayiət edib. Amma onu deyim ki, türklərin aranjimanı məni qane etmədi. Mahnılar sırf xalq musiqisi olduğu üçün o aranjimanla uyğun gəlmir”.
“Həyatınızın ən xoşbəxt anı nə vaxt olub” sualına B.Dadaşova belə cavab verib: “Ailə qurduğum, oğlumun doğulduğu günlər ən xoşbəxt anlarım olub. Atamın, əmimin sağ olduğu ərəfədə xoşbəxt günlərim çox olub. Xoşbəxtlik nisbidir. Bir günün içində insan bir neçə fərqli hiss yaşayır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu