Nabranda reyd: 120 sürücü cəzalandırıldı


Baş Dövlət Yol Polis İdarəsi və Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları reyd keçiriblər. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində olub.

Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəylinin APA-ya verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 120-dən artıq sürücü barədə protokol tərtib edilərək, tədbirlər görülüb. Həmin sürücülərin 9-u avtomobili sərxoş vəziyyətdə, 5 nəfər sürücülük hüququ olmadan maşın idarə edən, qalanları isə digər yol hərəkəti qaydalarına əməl etməyənlər olub.

Ə. Əsgərbəyli bildirib ki, bu reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu