Bu gün "Qarabağ" "Rudar"la qarşılaşır


Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunları keçiriləcək.

APA-nın məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi, Ağdamın “Qarabağ” klubu bu gün ilk oyununa çıxacaq.

Mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayan Qurban Qurbanovun yetirmələri Monteneqro çempionu “Rudar” klubu ilə qarşılaşacaq.

“Qarabağ” tarixində ikinci dəfədir ki, Çempionlar Liqasında iştirak edəcək. Xatırladaq ki, ötən mövsüm ağdamlılar Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyə bacarmışdılar.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:30-da başlayacaq.

15 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsi
21:30. “Qarabağ” (Azərbaycan) – “Rudar” (Monteneqro)
Tofiq Bəhramov adına Respublika stadionu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu