Gəncədə erməni diversantın şikayəti rədd edildi


Erməni kəşfiyyatçı Arsen Baqdasaryanın 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilməyib.

Kəpəz TV (Region TV) xəbər verir ki, bu gün Gəncə Apelyasiya Məhkəməsində erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən verilən apelyasiya şikayəti üzrə keçirilən prosesdə adıçəkilən məhkəmənin mayın 5-də çıxardığı hökm qüvvəsində saxlanılıb. Xatırladaq ki, həmin hökmlə erməni diversant cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu