İlin ən dəbli məşhurları


Vanity Fair ilin ən dəbli məşhurlarını müəyyən etdi

Devid Kemeronun xanımı Samanta Kemeron siyahıda birinci olub.

Amerikan jurnalı Vanity Fair 2015-ci ildə dünyanın ən dəbli geyinən məşhurlarının siyahısını müəyyənləşdirib.
Afn.az xəbər verir ki, bu haqda nəşrin saytında məlumat verilib. Qadınlar arasında top-səhifəyə Böyük Britaniyanın baş naziri Devid Kemeronun xanımı Samanta Kemeron başçılıq edir, kişilər arasında ən yaxşı aktyor Bill Hayi seçilib.
Qadınların siyahısında ikinci yeri müğənni Teylor Svift, üçün yeri – balerina Misti Koplend turub. Bundan başqa aktyor Corc Kluninin həyat yoldaşı vəkil Amal Kluni, müğənni Rihanna və İspaniya kraliçası Letisiya da həmin reytinqdə yer alıblar.
Kişilərin top-səhifəsində isə ikinci yerdə maliyyəçi Stavros III Niarhos, üçün yerdə rəssam İke Ude qərarlaşıb. Həmin siyahıya həmçinin İsveç şahzadəsi Karl Filipp (6-cı yer) və britniya şahzadəsi Harrinin (8-ci yer) adları da yer alıb.
2015-ci ilin ən dəbli cütlüyü kimi isə jurnal Benedikt Kemberbetç və onun həyat yoldaşı Sofi Hanteri seçib.

[img]http://afn.az/uploads/posts/2015-08/1438857401_bill-hayi.jpg[/img]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu