Gələn aydan çörək bahalaşacaq


Sentyabr ayından etibarən Gürcüstanda çörəyin qiymətinin bahalaşacağı gözlənilir.

Trend-in məlumatına görə, "Qruziya Online"ın yazır ki, istehsalçılar bunun səbəbini ölkədə unun qiymətinin yüksəlməsi ilə izah edirlər.

"İpkli" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Şakro Bakuradze təəssüflə bildirib ki, çörəyin indiki qiymətini saxlaya bilmirlər və bunu sentyabr ayına kimi edə bilsəydilər, yaxşı olardı: "Əgər unun qiyməti tənzimlənməsə və indiki qiymətində qalsa, çörəyin qiyməti mütləq qalxacaq. Çörəyin qiyməti 10 tetri yüksələcək. Unun kisəsi iyunun 10-dan 37 laridən 44 lariyə yüksəlib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu