Merkel Putinə nə dedi?


Merkel Rusiyaya birgə təhlükəsizlik sistemi qurmağı təklif edib.

Afn.az TACC agentliyinə istinadən xəbər verir ki, bu təklifi Almaniya lideri təhlükəsizliklə bağlı bu gün Münhendə keçirilən konfransda irəli sürüb. Xanım Merkel bildirib ki, Avropa, təhlükəsizliyi Rusiya ilə birlikdə qurmaq istəyir, ona qarşı deyil.
“Avropanın yenidən parçalanmasında heç kim maraqlı deyil. Biz təhlükəsizliyi Rusiya ilə birlikdə qurmaq istəyirik”, o belə deyib.
Merkelin sözlərinə görə, Almaniya Vladivostokdan Lissabona qədər “böyük Avropa” qurmaq konsepsiyasına sadiqdir.
“Mən “böyük Avropa” konsepsiyasına sadiqəm”, kansler belə deyib. Əlavə edib ki, bunun üçün “bütün tərəflər fəaliyyət göstərməlidir”, “Avropada təhlükəsizlik və əməkdaşlıq isə dialoq nəticəsində əldə oluna bilər”.
“Bunun üçün (“böyük Avropa”) şərtlər və əsaslar isə Ukraynadakı münaqişənin beynəlxalq hüquq gözlənilməklə həllidir”. – deyə Merkel qeyd edib.
Onun fikrincə, Donbas böhranının hərbi həlli yoxdur. “Rusiya Ukraynadakı münaqişənin tənzimlənməsinə öz töhfəsini verməlidir. Hərbi yolla bunu həll etmək mümkün deyil”, kansler belə deyib.
Onun sözlərinə görə, Moskva səfəri bu kontekstdə məna daşıyırdı, lakin, uğura nail olunacaqmı, bu hələ məlum deyil. “Dünənki danışıqlardan sonra da biz hələ nailiyyət əldə olunub-olunmayacağını bilmirik”, - Merkel fikrini belə yekunlaşdırıb.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu