Baş nazir bazarlıqda


İnsanlar onu rəğbətlə qarşılayıb

“The News International” qəzeti yazır ki, İslamabadda çoxlarını heyrətə salan hadisə baş verib.

Musavat.com-un məlumatına görə, Pakistanın baş naziri Navaz Şərif “Aabpara” adlı bazarda və “G-10 Markaz” super-marketində olub. Nazir bir çox gündəlik tələbat mallarının qiyməti ilə şəxsən maraqlanıb.

Kütlənin içində yoxa çıxan baş nazir meyvə və tərəvəzin qiymətlərinə də xüsusi maraq göstərib. O, həmçinin tacirlərlə də söhbət edib. Onların üzləşdiyi çətinliklərin nədən qaynaqlandığını araşdırıb.

Ölkədə qazın azlığı ilə bağlı problemdən danışan baş nazir gələcəyə inamla baxdığını deyib və bildirib ki, gələn 2 il ərzində bu problemin həlli gözlənilir.

Baş naziri öz aralarında görən sıradan insanlar ona öz rəğbətlərin ifadə ediblər. Bir çoxları isə neft məhsullarının qiymətində ciddi endirimlər etdiyinə görə Navaz Şərifə təşəkkür edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu