Aslan Aslanovdan Lamiyənin vəkilinə hədə


Bu gün Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlə yetirilməsində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyevin vəkili Adəm Məmmədov sensasiyalı açıqlama ilə çıxış edib.

Lent.az-ın xəbərinə görə, vəkil özünün “facebook”dakı səhifəsində “Aslan Aslanovun ANS telekanalına verdiyi "özünümüdafiə" xarakterli müsahibəsindən sonra, bu gün etibarlı mənbələrdən belə bir məlumat aldıq ki, Aslan Aslanov həbs olunub” yazıb.
Aslan Aslanov isə “Qafqazinfo”ya açıqlamasında bu məlumatı dezinformasiya adlandırıb: “Yayılan xəbərlər cəfəngiyatdır. Hazırda öz evimdəyəm. Bu xəbərləri yayan vəkil özü də elə yaxın zamanlarda müdafiə etdiyi şəxsin yanına gedəcək”.
Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlunun qətl işi sön vaxtlar qətldə təqsirləndirilən Lamiyə Quliyevanın həbsxanada nikahdankənar uşaq dünyaya gətirməsi ilə yenidən gündəmə gəlib.
Qeyd edək ki, 11 il əvvəl çıxarılmış hökümlə Ruslan Aslanovu qətl yetirməkdə təqsirli bilinən Lamiyə Quliyeva 10 il, onun keçmiş nişanlısı Vüqar Əliyevin isə ömürlük azadlıqdan məhrum ediliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu