Moskvada bizimkilərin kafesində atışma: 2 ölü


Moskvanın şərqində yerləşən və azərbaycanlılara məxsus “Abşeron” kafesində ötən gecə atışma baş verib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, insident nəticəsində 1 nəfər hadisə yerində, başından güllə yarası alan 29 yaşlı gənc isə xəstəxanada keçinib. Bundan başqa, 32 və 36 yaşlı daha 2 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hadisə şahidlərinin sözlərinə görə silahlı insidentdən öncə kafedəki 20 nəfər arasında kütləvi dava baş vermişdi. Moskva polisi hadisə iştirakçılarını məsuliyyətə cəlb etrmək üçün xüsusi əməliyyatda başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu