FHN: Heç bir təhlükə yoxdur


Rusiyanın Rostov atom elektrik stansiyasında yanğın baş verib.

Afn.az lenta.ru saytına istinadən xəbər verir ki, fevralın 9-da axşam saatlarında Rostov AES-in texnoloji meydançasında hidrogen alışması baş verib. Yanğın Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən fevralın 10-da söndürülüb. Xilasedicilər zədələnmiş elementi ümumi soyuducu sistemdən ayırmaqla çıxara biliblər. Texnoloji borular bağlandıqdan sonra qalan hidrogen oradan təsirsiz qazlar vasitəsilə çıxarılıb. Xəsarət alanların və radiasiya çirklənməsi təhlükəsinin olmadığı bildirilir.
Rusiya FHN-dən sağlamlıq və ətraf mühit üçün heç bir təhlükənin olmadığı, hər şeyin normal həddə olduğu vurğulanır.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu