Yunanıstandan Avropa Birliyinə hədə


Yunanıstanın müdafiə naziri Panos Kammenos ölkəsinin AB-dən kənarda yardım istəyə biləcəklərini dilə gətirib.

Afn.az lenta.ru saytına istinadən xəbər verir ki, axşam verilişlərindən birində çıxış edən nazir deyib ki, Yunanıstan Avrozona ölkələri ilə razılığa gəlməkdə səmimidir. “Lakin, bu baş verməsə və əgər, Almaniya güzəştə getməyib, Avrozonanı dağıtmağa yönələn kursu davam etdirəcəksə,onda biz “B” planına əl atacağıq – maliyyələşmək üçün digər mənbələrə müraciət edəcəyik”.
Kredit verənlər qismində isə nazir ABŞ, Rusiya və Çinin adını çəkib.
Qeyd edək ki, Yunanıstan ilə Avrozona arasında münasibətlər yanvarın 25-də keçirilmiş parlament seçkilərində solçu radikal SİRİZA partiyasının qələbəsindən sonra pozulub. Aleksis Siprasın rəhbərlik etdiyi hökumət böhranın tüğyan etdiyi zaman “kreditorlar üçlüyü” tərəfindən Yunanıstana verilən 320 milyard avroluq borcun bir hissəsinin silinməsini tələb etmişdi. Amma, AB, həmçininAvropa Mərkəzi Bankı Yunanıstanın borclarının silinməsi və ya restrukturizasiyasında iştirak etməyəcəklərini bəyan ediblər.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu