II Yelizaveta rekorda imza atacaq


II Yelizaveta sentyabrın 9-da idarə etmədə rekorda imza atacaq

Tarixdə Britaniyanı ən uzun müddət idarə etmiş monarx sayılacaq.

Böyük Britaniya kraliçası II Yelizaveta 2015-ci il sentyabrın 9-da ölkə tarixində dövləti ən uzun müddətdə idarə etmiş monarx sayılacaq.
Afn.az The Telegraph nəşrinə istinadən xəbər verir ki, Yelizaveta taxt-tacda 63 il, yeddi ay və iki gün olmuş öz ulu nənəsi kraliça Viktoriyanın rekordunu yeniləyəcək.
Bayram günü kraliça həyat yoldaşı Edinburq hersoqunun müşaiyəti ilə qatarla EdinburqdanTvidbenkə qədər iki saatlıq səyahətdə iştirak edəcək. Sön məntəqədə o, təəbələri qarşısında çıxış edəcək və belə bir rekord müddətdə göstərdikləri etimada görə onlara minnətdarlığını izhar edəcək. Bununla yanaşı, kraliça öz ulu nənəsi Viktoriyanın xatirəsini də yad edə edəcək.
Bununla da kraliçanın iştirakilə baş tutan tədbir başa çatacaq. Ölkə krallıqdakı bu rekordu müxtəlif üsullarla bayram edəcək. Jurnalistlər kraliçanı hazırladıqları reportajlarla təbrik edəcəklər: kraliça ilk dəfə olaraq telekameraların Bukinhem sarayının bağçasında qoyulmasına və bir sutka ərzində oradan birbaşa efir aparılmasına icazə verib.
Çərşənbə günü deputatların kraliçanı təbrik edə bilməsi üçün Britaniya parlamentinin icmalar palatasının iclası yarım saat gec başlayacaq. Krallıqda kolleksiyaçılar üçün 20 funt sterlinq dəyərində gümüş pul buraxılacaq. Pulun əks tərəfində “Ən uzun hökmranlıq” sözləri yazılacaq, ondan yuxarıda isə II Yelizavetanın hökmranlıq etdiyi dövrlərdəki beş portreti təsvir olunacaq.
Başda kraliçaya məxsus Gloriana barjı olmaqla gəmilərdən ibarət bayram donanması Temza çayından keçəcək. Donanma keçən vaxt Tauer körpüsü yuxarı qaldırlacaq, HMS Belfast gəmisi keçən anda isə artilleriya atəşləri açılacaq.
Böyük Britaniya kraliçası II Yelizaveta 1926-cı il aprelin 21-də Londonda hersoq və hersoginya Yorskilər ailəsində anadan olub.
1953-cü il iyunun 2-də Yelizaveta Londondakı Vestminster abbatlığında rəsmi olaraq taxt-taca əyləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu