Hacı İbrahimin ada layihəsinə sponsor tapıldı


“Avesta” konserninin prezidenti, “Xəzər adaları” şəhər layihəsinin müəllifi Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) Azərbaycanda səfərdə olan Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla görüşüb.

“Xəzər adaları”nda baş tutan görüş zamanı Hacı İbrahim Nehrəmli ilə Li Jian Jun arasında ilkin olaraq 3 milyard dollarlıq investisiya müqaviləsi imzalanıb.
Müqavilənin şərtlərinə əsasən, ilkin olaraq Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkəti “Xəzər adaları” layihəsinin bir adasına 3 milyard dollar dəyərində vəsait yatıracaq, sonrakı illərdə isə mərhələ-mərhələ digər adalara da investisiya yatırımları reallaşacaq (publika.az).
Xatırladaq ki, iş adamı son vaxtlar ciddi maliyyə sıxıntısı yaşayır. O, Beynəlxalq Bankdan götürdüyü kreditləri qaytada bilmədiyi üçün "Bandotdel" əməkdaşları tərəfindən hətta iki dəfə həbs olunaraq idarənin zirzəmisində də saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu