Alen Delon qonşuda


Məşhur fransız aktyoru Alen Delon şəxsi təyyarə ilə Gürcüstana səfər edib.

O, jurnalistlərə açıqlamasında Tiflisə məşhur gürcü opera müğənnisi Paata Burçuladzenin 60 illik yubileyi ilə əlaqədar səfər etdiyini bildirib.
Qeyd edək ki, bu gün P. Burçuladzenin yubileyi münasibəti ilə Tiflis İdman Sarayında yerli və xarici müğənnilərin iştirakı ilə qala-konsert keçiriləcək. Konsertin aparıcısı A. Delon olacaq.
"Gürcüstana ilk dəfə gəlmişəm və buna görə məni söyməyin. Gürcüləri söyün ki, məni indiyədək Gürcüstana dəvət etməyiblər", - deyə aktyor jurnalistlərə açıqlamasında bildirib.
A. Delon səfər çərçivəsində Gürcüstan patriarx-katalikosu II İlya ilə görüşüb.(apa)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu