ABŞ sanksiyaları götürə bilər


Rusiya ötən ilin sentyabrında və fevralın 12-də əldə olunmuş Minsk anlaşmalarına əməl edərsə, ABŞ ona qarşı sanksiyaların götürülməsi məsələsinə baxa bilər.

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri açıqlama verib.
“Dəfələrlə dediyimiz kimi, Birləşmiş Ştatlar hər iki Minsk anlaşması yerinə yetirilərsə, Kremlə qarşı sanksiyalara təzədən baxa bilər”, - deyə o qeyd edib.
Az öncə Ağ Ev yeni Minsk razılaşmalarını alqışladığını bildirmişdi.
Xatırladaq ki, “Normand formatı” üzrə 16 saat çəkən danışıqların yekununda Rusiya, Almaniya, Fransa və Ukrayna liderləri Təmas Qrupunun qəbul elədiyi böhranın aradan qaldırılmasına yönəlik kompleks tədbirlər planını dəstəkləyən birgə bəyannamə qəbul ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu