Qəbristanlıqlarda cinayətlər baş verir


Bakıda olan qəbirstanlıqlarda səliqəsizlik var.

Afn.az xəbər verir ki, bunu millət vəkili Elmira Axundova bu gün Milli Məclisdəki çıxışında səsləndirib. O bildirib ki, az qala bu ərazilər narkomanların, bomojların məskanına çevrilib: “Burada bəzən cinayətlər də baş verir”.
Deputat təklif edib ki, bu məsələ ilə bağlı qanun qəbul edilsin, əlavə maliyyə resursları tapılsın: “İndi Bakı qəbirstanlıqları insan ruhunun sakitlik tapdığı yer deyil, xəcalət yeridir”.
O həmçinin, dünənki iqtidar-müxalifət görüşünü yüksək qiymətlədirib: “Doğrudan da PA nümayəndəsi ilə müzakirələr aparmaq ancaq dövlətimizin xeyrinədir və bu proses davam etməlidir”.

NİCAT



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu