Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı


Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Loğman Məmmədov işdən çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, Loğman Məmmədov Nəqliyyat Nazirliyininən böyük avtobazalarından birinə rəhbərlik edirdi. Məlumata görə, Loğman Məmmədov təqaüd yaşı çatdığı üçün işdən çıxarılıb. O, Ziya Məmmədovun böyük qardaşıdır.

Nəqliyyat naziri bir müddət əvvəl Loğman Məmmədovun oğlu Rövşən Məmmədovu işdən çıxarmışdı. Rövşən Məmmədov “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəisi vəzifəsində çalışırdı.

Bu arada nəqliyyat naziri Ziya Məmmədovun bacısı, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın da tutduğu vəzifədən azad edildiyi barədə xəbər yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu