Leyla Abdullayeva hansı vəzifəyə gətirilir?


41 saylı Sumqayıt birinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, deputat Leyla Abdullayevanın seçkilərdən qəfil geri çəkilməsi siyasi gündəmin əsas müzakirə mövzusu olaraq qalmaqdadır.

L. Abdullayevanın namizədliyini hansı səbəbdən geri götürməsi ilə bağlı mətbuata heç bir açıqlama verməməsi isə onunla bağlı müxtəlif fikirlərin formalaşmasına səbəb olur.

Mətbuatda yer alan xəbərlərə görə, L. Abdullayeva hazırda boş olan Sumqayıt Təhsil Şöbəsinə müdir təyin ediləcək. Ancaq onun Azərbaycan Müəllimlər İnstitutunun rektoru təyin ediləcəyi də yayılan xəbərlər arasındadır.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da mətbuata verdiyi açıqlamada L.Abdullayevanın yeni vəzifəyə təyin olunacağını təsdiqləyib.

O, bildirib ki, hazırda məktəb direktoru çalışan L. Abdullayeva dövlət qulluğunda işə keçmək qərarına gəlməsi, qanunla onun seçkili orqanda təmsil olunmasına icazə vermir: "Bu səbəbdən də namizədliyini geri götürüb. Onun hansı dövlət qulluğunu tutması isə hələ bilinmir. İşə götürüləndə açıqlanacaq”.

Bütün iddialara cavab almaq üçün L. Abdullayevanın özü ilə əlaqə yaratmaq cəhdlərimiz isə nəticəsiz qaldı.

Bir neçə gündür zəng etsək də L.Abdullayeva telefonlara cavab vermir.

Deputatın mobil telefonuna cavab verən köməkçisi isə bildirib ki, L. Abdullayeva hazırda direktoru olduğu Sumqayıt şəhər 18 saylı tam orta məktəbdə iş başındadır: “Leyla xanım hazırda məktəbdədir. Dərslərdə oturur. Yəni, dərslərin gedişatını izləyir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu