Həkimin köməyi ilə intihar qanuniləşdirildi


Kaliforniya ştatının qubernatoru Cerri Braun sağalmaz xəstəliyə yoluxan pasientlərin xahişi ilə həkimlərə onlara öldürdücü həddə dərman vurulmasına icazə verən qanunu imzalayıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, beləliklə, ştatda həkimin köməyi ilə intihar faktiki qanuniləşdirilib.

Qanunun təsdiqlənməsi ştatda birmənalı qarşılanmayıb. Xüsusilə katolik kilsəsinin nümayəndələri bu qərarın əleyhinə çıxıblar.

Kaliforniya ABŞ-da həkimlərin yardımı ilə fəal evtanaziyaya – intihara icazə verilən beşinci ştat olacaq. Bundan əvvəl belə qanunlar Oreqon, Vaşinqton, Montana və Bermont .tatlarının hökumətləri tərəfindən qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu