Lamiyənin yeni açıqlaması yayıldı


Son bir neçə ayda ölkə mediasının və ictimayyətin diqqətini özünə cəlb edən həbsxanada uşaq dünyaya gətirən Lamiyə Quliyeva ANS-ə ekskluziv açıqlama verib.

Bu gün isə Bakı Apellyasiya məhkəməsində Lamiyə Quliyeva barəsində prokurorluğun protestinə baxılıb. Hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə Lamiyə Quliyevanin vəkili çıxış edib. Vəkil məhkum Lamiyə Quliyevanın barəsində seçilən həbs qəti-imkan tədbirinin dəyişdirilməsi və məhkəmənin qismən istintaqla aparılması barədə vəsatətlər qaldırıb. Məhkəmə isə vəsadətləri təmin etməyib.

Lamiyə Quliyeva bir çox məsələlərə aydınlıq gətirib. Özündən siyasi silah kimi istifadə olunmasını söyləyən məhbus qadın ANS-in xüsusi əməkdaşına gündəmi zəbt edən həbsxanada dünyaya gətirdiyi uşağından söhbət açıb.

“Mən artıq anayam, övladım var. İstəməzdim ki, o da burada mənim kimi məhbus həyatı yaşasın. Artıq bir yaşında onun hər şeyi dərk edən bir vaxtı olacaq. O, hələ heç nə bilmir, hər şeydən xəbərsizdir. Körpəm 4 aylıqdır. İstərdim ki, o, hər şeyi dərk edən bir vaxtda azadlıqda olsun”, – deyə Lamiyə Quliyeva bildirib.
Lamiyə Quliyevanın ANS-ə verdiyi eksklüziv müsahibə bazar günü Mir Şahinin təqdimatinda efirə gedəcək “Hesabat”da yayıçlanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu