"Azercell"in prezidenti baş nazir olacaq?


Əvvəllər "Azercell" şirkətinin prezidenti vəzifəsində çalışmış Kirill Qaburiç Moldovanın yeni baş naziri ola bilər.

Afn.az xarici mətbuata istinadən xəbər verir ki, hakimiyyət koalisiyasına daxil olan Liberal-Demokratlar Partiyası Prezident Nikola Timoftiyə Baş nazir vəzifəsinə K.Qaburiçin namizədliyini təqdim etməyə hazırlaşır.
Qeyd edək ki, 38 yaşlı K.Qaburiç 2012-2014-cü illərdə Azərbaycanda “Azercell” şirkətinin prezidenti olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu