Tələbə qəbulu ilə bağlı şok faktlar


TQDK-nın son bir neçə il üzrə statistik məlumatlarının analizi göstərir ki, həmin informasiyalar əsasında hesablanan bir sıra törəmə göstəricilər artıq ölkədə təhsil sisteminin keyfiyyətini qiymətləndirmək üçün yararlı deyil.

Afn.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, məsələn, məzunların ali məktəbə qəbul səviyyəsi göstəricisi bunu deməyə əsas verir: "2008-c ildə orta məktəbi bitirərək ali məktəblərə ərizə verən abituriyentlərin 30.6%-i, 2014-cü ildə isə 50.5%-i ali təhsil almaq hüququ qazanıb. Göründüyü kimi, məzun-abituryentlərin ali məktəblərə qəbul əmsalı əhəmiyyətli dərəcədə yüksəlib. Öz növbəsində 2008-c ildə 20.6 min, 2014-cü ildə isə 28.1 min məzun, yəni təxminən 35% (7.5 min nəfər) artıq məzun ali məktəb tələbəsi olmaq şansı qazanıb. Amma qeyd olunan göstəricinin kəskin artımı təhsil səviyyəsinin yüksəlməsi, yüksək bal toplayanların sayının daha çox artması hesabına deyil, ali məktəbə qəbul üçün keçid ballarının aşağı salınması hesabına baş verib. Rəsmi rəqəmlər də bu yanaşmanı təsdiq edir. Məsələn, 2008-ci ildə məzun-abituriyentlərdən 48.9%-i və ya 34.3 min nəfəri 200-dən yuxarı bal toplasa da, tələbə adını cəmi 20.6 min məzun qazanıb. Göründüyü kimi, 2008-c ildə 200-dən çox bal toplayan məzunların 60%-i ali məktəbə daxil ola bilib.
Amma 2014-cü ildə məzun-abituryentlərdən 50%-i və ya 25.8 min nəfəri 200-dən yuxarı bal toplasa da, tələbə adını cəmi 28.1 min məzun qazanıb. Göründüyü kimi, 2014-cü ildə tələbə adı qazanan məzunların sayı 200-dən çox bal toplayanlardan hələ 2.3 min nəfər də çoxdu. Bu, o deməkdir ki, 2014-cü ildə 200-dən aşağı bal toplayaraq ali məktəb auditoruyasına buraxılmış xeyli məzun olub.
Heç şübhəsiz, aşağı bal toplayan məzunların tələbə olmasına yaşıl işıq yandırılması təhsilin strateji rolunun gücləndirilməsinə, təhsili biznesə çevirənlərin maraqlarına xidmət edir. Elə bunun nəticədir ki, 2008-2014-cü illərdə ali məktəblərə qəbul olanların say artımının təxminən 90%-i və ya 6.5 min nəfəri pullu təhsil sektorunun, cəmi 0.9 min nəfəri isə dövlət ödənişsiz təhsilinin sayəsində baş verib".

FƏRİDƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu