Haqqınızı halal edin-Kayahan(VİDEO)


Türkiyənin sevilən sənətçisi Kayahan və Nilüfer 14 il fasilədən sonra eyni səhnəni paylaşıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nilüfer “Sevgililər Günü” konsertini Kayahanın unudulmaz "Gecələr" mahnısıyla açıb.

Kayahan xəstə yatağında yazdığı yeni mahnısı "Sevgiliye"ni, ardınca isə "Səninlə hər şeyə varam mən"i ifa edib.

Usta sənətçi sevilən mahnılarını ifa etdikdən sonra onun üçün səhnəyə qoyulan kresloda qalxaraq pərəstişkarlarına səslənib:

"Mən sizə haqqımı halal etdim, siz də haqqınızı halal edin. Yaxında daha rahat qalacağım günlər olacaq. Xəyal edin, çünki xəyal etdiyiniz müddətcə yaşayarsınız" sözləri həm yoldaşını, həm də sevənlərini ağladıb.

Konsertdən fotoları və videonu təqdim edirik:

[media=https://www.youtube.com/watch?v=0qftExLYTag]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu