Ermənilər Qarabağın qaytarılmasını referenduma çıxarır


Konstitusiya üzrə referendum günü Dağlıq Qarabağ məsələsi üzrə səsvermə olacaq.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı, sabiq baş nazir Qran Baqratyan bildirib.

Onun sözlərinə görə, referendum Dağlıq Qarabağda bir neçə rayonun təhvil verilməsi məsələsini həll edəcək: “Mənim üçün reallıqda heç bir dəyişikliklə nəticələnməyəcək parlament idarəetmə sistemi sadəcə bir neçə rayonu təhvil vermək üçün lazımdır. Çünki hesab olunur ki, prezident bu məsələdə güzəştə getməyəcək ona görə də idarəetmə institutu dəyişdirilməlidir. Ona görə də həm Rusiya, həm ABŞ, həm də Avropada bu dəyişiklikdən razıdırlar. Çünki onlar deyirlər ki, bu regionda sülhün olması üçün məhz Ermənistan bir neçə rayonu təhvil verməlidir”,- deyə o, bildirib.

“Siz bizi Venesiya festivalı komissiyasının alqışları ilə doyuyursunuz. Siz heç orada hansı tipajların işlədiyini bilirsiniz? İqtisadiyyatdan kilometrlər uzaq bugünkü BVF (Beynəlxalq Valyuta Fondu) sədr kimi”, - deyə sabiq baş nazir bildirib.

Baqratyan qeyd edib ki, konstitusiya islahatlarının tərəfdarları onların hansı oyunlara cəlb olunduğunu və bütün bunların nə ilə nəticələnə biləcəyini anlamırlar: “Heç olmasa imkan verin bu dəfə xalq qərar versin, öz məsuliyyətini anlasın.

O, həmçinin qeyd edib ki, əgər məqsəd həqiqətən də Dağlıq Qarabağ məsələsidirsə, onda bu yalnız referendum yolu ilə həll olunmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu