Mirasını köməkçisinə vəsiyyət etdi


Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut xanım cavan yaşlarından sənətkarımızın qulluğundadır.

Xalq artistinə uzun illərdir ki, etibarlı olan köməkçisinə Flora xanım böyük jest edib. O, mirasını övladları ilə yanaşı, köməkçisinə də vəsiyyət edib.

AFN.az gecce.az-a istinadən xəbər verir ki, bu barədə o, "Atv Maqazin" verlişinə danışıb: "Yaqut cavanlığından yanımdadır. Anası onu mənə etibar edib. Övladlarım bilirsiz, xaricdə yaşayırlar. Mirasım həm oğlum Oqtay, həm qızım Zümrüd, eyni zamanda Yaqutun arasında bölünüb".

Yaqut xanım isə öz növbəsində bunları danışıb: "Anam rəhmətə gedəndən mən Flora xanımın yanında yaşayıram. Zümrüdü mən böyütmüşəm. Yadımdadır ki, Flora xanım Zümrüdün dünyaya gəlməsini istəmirdi. Həkimlə danışmışdı, uşağı bətnindən götüzdürmək istəyirdi. Evin qapısını bağlayıb, açarı gizlətdim. Zümrüdün atasını yığıb, təcili evə çağırdım. Vəziyyəti biləndən sonra Flora xanımla danışdı və onu fikrindən döndərə bildik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu