Tələbələrin təqaüdləri artırıldı - Sərəncam


Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncama əsasən “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncamda aşağıdakı dəyişikliklər edilib:

1.2-ci və 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

"1.2. ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələrə – 120 manat

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə- 105 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

1.3. orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 40 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 35 manat” .

Bundan başqa, sərəncama əsasən, təqaüdlərin ödənilməsi, ali təhsil və orta ixtisas təhsili müəssisələrində ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçiriləcək.

Nazirlər Kabinetinə isə doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasını 2 ay müddətində hazırlayıb təsdiq etmək və bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, bu sərəncamın 1-ci hissəsi 2016-cı il fevralın 1-dən qüvvəyə minəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu