"Oskar" mərasimində qalmaqal-FOTO


Məşhur aktyor Şon Pen “Oskar” mükafatının təqdimetmə mərasimində qalmaqala imza atıb.

Trend-in Türkiyənin “Milliyyət” qəzetinə istinadən verdiyi məlumata əsasən, aktyor ən yaxşı rejissor mükafatını almaq üçün səhnəyə çıxmış Meksika əsilli Alexandro Qonsales İnyarrituya qarşı irqçi ifadələr işlədib.

“Kim bu ...na bura gəlməsi üçün yaşıl kart verdi?” - deyən aktyorun duzsuz zarafatı salondakıları şoka salıb.

Bundan sonra dünyanın müxtəlif yerlərində yaşayan Latın Amerika əsilli insanlar aktyoru şiddətlə qınayıblar.

Mükafatı Ş.Penin əlindən alan rejissor isə çıxışında meksikalı olmaqdan qürur duyduğunu və mükafatı bütün latın amerikalılara ithaf etdiyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu