Dörd rektor bu gün istefa verəcək


Konstitusiya Məhkəməsi 1 noyabrda keçirilmiş parlament seçkilərini təsdiq etdikdən sonra Milli Məclisin yeni tərkibinin ilk iclası çağırılıb.

Bugünkü iclas zamanı yeni seçilmiş deputatlara mandat veriləcək və köhnə deputatlar statuslarını itirəcəklər.

Milli Məclisə yenidən deputat seçilmiş dörd nəfər isə rektorluqla vidalaşmalı olacaq. Bunlar Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının rektoru Ağacan Abiyev, Azərbaycan Dövlət Tibb Universitetionin rektoru Əhliman Əmiraslanovdur.

Onlar bu gün deputat mandatı aldıqdan sonra rektorluqdan istefa verəcəklər.

Aqiyə Naxçıvanlı 117 saylı Oğuz–Qəbələ Seçki Dairəsindən, Səməd Seyidov 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən, Əhliman Əmiraslanov 65 saylı Saatlı-Sabirabad–Kürdəmir Seçki Dairəsindən, Ağacan Abiyev isə 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputat seçiliblər

Qeyd edək ki, bu ilin sentyabr ayında verilən qərara əsasən, Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülmüş rektorlar deputat seçiləcəkləri təqdirdə, vəzifədən getməlidirlər.

Bu qərara uyğun olaraq Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova deputatlıqdan imtina edərək, rektor qalmağa üstünlük veriblər. (modern.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu