Ombudsman hesabatını prezidentə təqdim edib


Bu gün İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2014-cü il üzrə illik məruzəsi Azərbaycan Respublikasının prezidentinə, Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qurumlarına göndərilib.

AFN.az Ombudsman Aparatının mətbuat xidmətinə istinadən bildirir ki, “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2014-cü il üzrə illik məruzədə Müvəkkilin Konstitusiyada və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri əksini tapıb.

Habelə, Ombudsmanın dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri məruzədə yer alıb.

İllik məruzənin martın 6-da Milli Məclisin iclasında dinlənilməsi nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu