Çavuşoğlu: Əslində, Ermənistan da qurbandır


“Əslində, Ermənistan da Dağlıq Qarabağ probleminin qurbanıdır”.

APA-nın məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ADA Universitetində mühazirəsi zamanı deyib.

O bildirib ki, ortada həlli dondurulmuş bir münaqişə varsa, hər kəs bundan zərər çəkməli olacaq: “Minsk Qrupu vaxtında həll üçün səmimi yanaşma ortaya qoysaydı, bu gün bəzi ölkələr bu zərərləri çəkməli olmazdı”.

Nazir Azərbaycana səfərinin Xocalı qətliamının ildönümünə təsadüf etdiyini vurğulayıb: “Bu qətliamı unutmayacağıq və unutdurmayacağıq. Bunu törədənləri də lənətləyirik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu