Heyranedici "Əfqan qızı"


30 ildə cəmi 3 dəfə şəkli çəkildi

Dünyanın ən məşhur fotolarından birinin qəhrəmanı olan qızın son halı görənləri təccübləndirib. Ala gözlü əfqan qızı 30 il sonra yenidən ortaya çıxıb.

"Əfqan qızı" adlanan foto 1985-ci ildə fotoqraf Stiv McCuri tərəfindən çəkilib. Foto "National Geopraphic" jurnalının üz qabığına çıxarılıb. Aradan geçən uzun illərdən sonra Şərbət Gulanın üçüncü fotosu yenidən yayımlanıb.

Eyni fotoqraf ilk fotodan 17 il sonra Pakistanın Tora Bora bölgəsində qadının izini tapa bilib. O, illərin Şərbət Gulanı neçə dəyişdiyini görüntüləyərək oxucuları ilə paylaşmışdı.

Bu zamana kimi qadının həyatı boyunca ancaq iki fotosu olub. Hər iki fotonu da məhz Stiv McCuri çəkib. Üçüncü foto isə onun şəxsiyyətini təsdiqləyən sənəd üçün çəkilib.

İlk fotosu ilə əfsanəyə çevrilən Gulanın fotosu sosial mediada sürətlə yayılaraq istifadəçilər arasında paylaşılıb. İllərin, yaşadığı sosial şəraitin ağırlığı qadının üzündə açıq-aydın əks edilib.

[medium]http://afn.az/uploads/posts/2015-02/1424928705_efqan2.jpg[/medium]

[thumb]http://afn.az/uploads/posts/2015-02/1424928633_efqan1.jpg[/thumb]

(ANS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu