Madonna səhnədə yıxıldı-VİDEO


Məşhur estrada müğənnisi Madonna səhnədə yıxılıb.

Afn.az Rusiya mıtbuatına istinadən xəbər verir ki, dünya şöhrətli müğənninin başına iş "Brit Awards" mükafatlarının təqdimetməsində gəlib. Belə ki, Madonnanın əynində uzun quyruğu olan geyim olub. O, səhnədə geyiminin bağlarını açmağa çalışıb. Lakin buna nail ola bilməyib. Rəqqasların əvvəlcədən qurulan sənəyə uyğun olaraq onun uzun geyimini çəkməsi isə qəzaya səbəb olub. Madonna səhnədə qurulan dekorasiyanın üstündən arxası üstə yıxılıb. Rəqqaslar qısa müddətli şok keçirsə də, müğənni özünü itirməyib və dərhal ayağa qalxaraq səhnnəyə qaldığı yerdən davam edib.
Madonna özünəməxsus jest edərək konsertdən sonra yıxıldığın anın fotolarını sosial şəbəkədə paylaşıb. "Mənim geyimim çox möhkəm bağlanmışdı. Amma məni heç nə saxlaya bilməz. Sizin sevginiz məni ayağa qaldırdı. Təşəkkür edirəm".

[media=https://www.youtube.com/watch?v=KwGo8GOPm_4]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu