“15 yaşında ana olmuşam...”-Nazpəri


"Mən 15 yaşında ana olmuşam".

Bu açıqlamanı xalq artisti Nazpəri Dostəliyeva “Deməsək Olmaz” verilişində verib.

N.Dostəliyeva etiraf edib ki, ailə həyatı çox ağır olub. "Mən evdə oturmuşdum. Bir də gördüm əllərində xonçalı adamlar gəlib. Bu zaman mən nə baş verdiyini anlamaq üçün otaqdan çıxdım. Bu zaman xəbərim oldu ki, nişanımdır və ərə gedirəm. 8-ci sinifdə ailə qurmuşam. 10-cu sinifdə də ana olmuşam".

Sənətçi qeyd edib ki, əvvəl ailəsi müğənnilik fəaliyyəti ilə məşğul olmağı ona qadağan edib. Lakin sonradan 6 yaş böyük olan həyat yoldaşı onu ancaq öz yanında toylara aparıb. (ANS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu