Novruz bayramında 8 gün iş olmayacaq


2016-cı ildə Azərbaycanda Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri açıqlanıb.

Virtualaz.org bildirir ki, Nazirlər Kabinetinin qərarına əsasən, gələn il 20, 21, 22, 23 və 24 mart tarixləri Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, 2016-cı ildə Novruz bayramı günlərində 20 mart tarixi bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdirilərək 25 mart qeyri-iş günü olacaq.

26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən Novruz bayramında 8 gün - 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günü olacaq.

Həmçinin 6-7 iyul tarixlərində Ramazan, 12-13 sentyabrda isə Qurban bayramıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu