Buzovna sakinləri etiraz edir...-Video


Buzovna qəsəbəsində sakinlər həyətlərində aparılan obyekt tikintisindən narazıdırlar.

ANS TV-nin məlumatına görə, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov 22 ünvanında təxminən 5 ay öncə bünövrəsi qoyulan tikili artıq hazır vəziyyətə gətirilib. Deyilənə görə, burada mağaza fəaliyyət göstərəcək. Obyektin kimə məxsus olması isə məlum deyil. Həyət kiçildiyindən axşam saatlarında olan-qalan yeri də avtomobillər zəbt edir. Bu səbəbdən də sakinlərə, xüsusilə uşaqlara asudə vaxtlarını səmərəli keçirmək üçün yer qalmır.

Şikayətçi Tatyana Alekseyevna həyətlərinin əvvəllər çox gözəl olduğunu deyib. Belə ki, əvvəlcə uşaqlar üçün oyun meydançası, oturacaqlar var idi. Bayramları həyətdə bir yerdə qeyd edirdilər. Amma indi bu həyətdə mağaza tikirlər. O bununla bağlı aidiyyəti qurumlara müraciət etdiyini, amma hələ bir cavab ala bilmədiklərini bildirib.

Bundan əlavə hazır tikilinin yanında yeni bünövrə qazılıb və təməl qoyulması üçün dəmir konstruksiyalar quraşdırılıb. Sakinlərin sözlərinə görə, burda da tikinti həyata keçirilsə, nəinki istirahət üçün, heç həyətə girmək üçün belə yer qalmayacaq.

Məsələni aydınlaşdırmaq üçün çəkiliş qrupu Xəzər rayonu Buzovna və Binə qəsəbələri üzrə 112 saylı Mənzil Kommunal İstismar Sahəsinə yollanıb. Sahə rəisi Cəfər Hüseynov deyib ki, əvvələcə tikinti aparmaq istəyənlər sənədləri olduqlarını bildirib. Amma sonra sənədlərini təqdim etmədikləri üçün onların işi dayandırılıb.

Çəkiliş qrupu da ərazidə tikintinin aparılmasının şahidi olmayıb. Yəqin ki, tezliklə qazılmış bünövrə də hamarlanaraq asfalt örtüyü ilə əvəzlənər. Sakinlər də çoxdandır arzusunda olduqları geniş həyətlərinə qovuşar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu