“Euronews” müsəlmanlaşır


Məşhur misirli biznes Naqib Saviris “Euronews” telekanalına nəzarət paketini almağı planlaşdırır.

Bu barədə azvision.az “The Hollywood Reporter”ə istinadən xəbər verir.

Məlumata əsasən, misirli biznesmen kanala görə 35 milyon avro ödəməyə hazırdır.

Artıq “Euronews” telekanalı da Savirisdən təsdiq mesajı gəldiyini təsdiqləyib. Əgər tərəflər razılığa gəlsələr, biznesmenin telekanalda payı 53% təşkil edəcək.

Jurnal vurğulayır ki, Saviris Misir telekommunikasiya bazarının əsas oyunçusudur. “Euronews”la potensial razılaşma sahibkara Avropa bazarına çıxmağa imkan verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu