Bakıda polis yol qəzasında öldü


Bakının Nizami rayonu ərazisində baş verən yol qəzası nəticəsində polis əməkdaşı dünyasını dəyişib. Virtualaz.org-a bunu Nizami Rayon Polis İdarəsindən bildiriblər.

Yanvarın 4-nə keçən gecə, saat 00.50-də Füzuli küçəsindəki 69 saylı binanın qarşısında Seyran Seyidovun idarə etdiyi Kia Cadenza Nəsimi Rayon Mühafizə İdarəsinə məxsus Volswagen Polo.markalı xidməti maşınla toqquşub.

Nəticədə Volswagen Polo-nun sürücüsü, polis serjantı, 1984-cü il təvəllüdlü Şirinov İsa Süleyman oğlu hadisə yerində keçinib, onun sərnişini-1982-ci il təvəllüdlü Ələkbərov Bəhram Əzizağa oğlu isə beyin-kəllə xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. .

Hazırda qəzanın təfərrüatları araşdırılir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu