Poroşenko Nemtsovdan yazdı


“O, Ukrayna ilə Rusiya arasında kiçik körpü idi”

Ukrayna prezidenti Pyotr Poroşenko Moskvada Rusiyanın müxalif siyasətçisi Boris Nemtsovun qətlə yetirilməsinə münasibət bildirib.

O, facebook səhifəsində yazıb ki, Nemtsov “dost” adlandırılması mümkün olan azsaylı şəxslərdən biri idi.

“O, Ukrayna ilə Rusiya arasında kiçik körpü idi. Qatil gülləsi ilə bu körpü məhv edildi. Məncə, təsadüfi deyil. Şübhə etmirəm ki, qatillər gec-tez cəzalandırılacaqlar”, - deyə Poroşenko qeyd edib (azadliq.info).



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu