Bir polisin də poqonlarını cırdılar


Binəqədi rayonunda xidmətdə olan yol polisi sürücü tərəfindən döyülüb.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, S.S.Axundov küçəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Famil Seyidov BMW markalı 90 SG 045 nömrəli avtomobili sərxoş halda idarə edən zaman orada xidmətdə olan Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş serjantı, 1968-ci il təvəllüdlü Cavanşir Qasımov tərəfindən saxlanılıb.

Sürücü müayinədən keçirilməyə aparılarkən müqavimət göstərib, yol polisini döyərək paqonlarını cırıb.

F.Seyidov saxlanılıb.

Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu