Sərdar Ortac ata olmaq istəyir


Ata olmaq istəyini hər dəfə dilə gətirən Türkiyəli müğənni Sərdar Ortac ötən həftə sonu otellərin birindəki konsertdə yenəbu mövzuya toxunub.

Afn.az Türkiyə mətbuatına istinadən bildirir ki, 45 yaşlı Serdar Ortac səhnədə bildirib ki, onun gözü həyat yoldaşından başqa heç kimi görmür: “Dünyanın ən vacib məsələsi can sağlığıdır. Bir də arvadım hamilə olsun, bu bəsdir. Qalan şeylərin əhəmiyyəti yoxdur”. “Yaşıl su” adlı mahnısını yazdığı zaman atasının ona dediyi sözləri xatırlayan Serdar Ortac sözlərinə belə davam edib: “Atam deyirdi ki, yaşıl və ya mavi gözlü qadınları sevmə. Mənim kimi gözləri qəhvəyi rəngdə olan qadını sev! Yaşıl gözlü qadınlar baxdıqları yeri əridirlərmiş. Həyat yoldaşımın gözləri yaşıl rəngdədir. Ancaq bu əhəmiyyətsizdir. Mən çox xoşbəxtəm”. Qey edək ki, bir qədər öncə MS (mərkəzi sinir sistemi xəstəliyi) diaqnozu qoyulan Serdar xəstəliyi barədə də açıqlama verib: “MS sağalan bir xəstəlik deyil. Ömür boyu davam edəcək. Əvvəlki kimi səhnədə tullana bilməyəcəyik”.

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu