Şabranda 3 otaqlı ev yandı


Virtualaz.org saytı Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən xəbər verir ki, Şabran rayonunda rayon mərkəzindən 25 km aralıda yerləşən Pirəbədil kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kvadrat metr olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 82 kvadrat metr sahədə yanıb.


Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu