MTRŞ ANS-ə görə təcili toplanır


Milli Televiziya və Radio Şurasında (MTRŞ) ANS televiziyası ilə bağlı tədbir keçiriləcək.

AFN.az xəbər verir ki, məlumatı MTRŞ yayıb.

Tədbirdə ANS-in yol verdiyi qanun pozuntuları açıqlanacaq, bu haqda geniş məlumat veriləcək.

Qeyd edək ki, MTRŞ Mirşahin Ağayevin müəllifi olduğu "Hesabat" verilişinin efirə getməsini bir ay müddətinə dayandırıb. M.Ağayev isə buna cavab olaraq mətbuat konfransı keçirib və MTRŞ-nı ANS-ə qərəzli yanaşmaqda ittiham edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu